Azərbaycan Dövlət İnformasiya Agentliyi

Karim Helal: Süni intellekt daşınmaz əmlak bazarında qərarların qəbulunu sürətləndirir

06.11.2026 [12:57]

Xəbərin mətni

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) “PropTech” istiqamətində fəaliyyətə başlayarkən əsas hədəflərdən biri daşınmaz əmlak əməliyyatlarının və torpaq sahələri ilə bağlı məlumatların rəqəmsallaşdırılması olub. Bunu "Dubay PropTech" Biznes Qrupunun sədr müavini Karim Helal “AIREX 2026” – Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi çərçivəsində keçirilən “Rəqəmsal daşınmaz əmlak ekosistemi – banklar, developerlər və texnologiyaların inteqrasiyası” adlı panel müzakirəsində çıxışı zamanı deyib.