Yaponiyada keçirilən beynəlxalq sərgidə “Balxurma” şirkətinin məhsulları böyük maraqla qarşılanıb
18.11.2021 [17:52]
Xəbərin mətni
Noyabrın 17-də Yaponiyanın Osaka şəhərində açılan “JFEX-2021” (Yaponiya Beynəlxalq Emal Edilmiş Qida Məhsulları Sərgisi) beynəlxalq qida məhsulları sərgisində Azərbaycanın “Balxurma” şirkətinin məhsulları böyük maraqla qarşılanıb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Yaponiyanın üçüncü şəhəri sayılan Osakanın “İntex-Osaka” expo mərkəzində açılan sərgidə dünyanın müxtəlif ölkələrindən yüzlərlə şirkət iştirak edir. Koronavirus pandemiyasına baxmayaraq, builki sərgiyə minlərlə ziyarətçinin qatılacağı gözlənilir.