SİYASƏT


“Dubay Ekspo 2020”dəki Azərbaycan pavilyonunda Milli Gün qeyd edilib

“Dubay Ekspo 2020”dəki Azərbaycan pavilyonunda Milli Gün qeyd edilib.AZƏRTAC xəbər verir ki, Milli Gün çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri Abdulla bin Tuq Əl Marri ilə Azərbaycan nümayəndə heyətinin görüşü keçirilib. Görüşdə nazir “Dubay Ekspo 2020”yə göstərilən dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib, ikitərəfli əlaqələr, ölkəmizdə investisiya istiqamətlərinin genişləndirilməsi məsələləri müzakirə edilib.