Prezident İlham Əliyev: Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür
28.11.2021 [15:46]
Xəbərin mətni
Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. İƏT-ə üzv dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanır. Biz, həmçinin beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İƏT-ə üzv dövlətlərlə səmərəli əməkdaşlıq edirik.AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında çıxışında söyləyib.