Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb
06.10.2026 [14:02]
Xəbərin mətni
Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 20-21-də Berlinə səfəri zamanı Almaniya Kansleri ilə imzalanmış strateji gündəlik iki ölkə arasında münasibətlərin yeni mərhələyə yüksəldilməsi üçün mühüm siyasi çərçivə formalaşdırıb. Bunu Almaniyanın Azərbaycandakı səfiri Dirk Lölken Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azerbaijan) təşkilatçılığı ilə keçirilən mətbuat konfransında deyib.