CƏMİYYƏT


Nərimanov rayonu Ağa Nemətulla küçəsi əsaslı şəkildə təmir edilir

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ərazisində kompleks tədbirlər icra olunur. Bu tədbirlər çərçivəsində cari ilin “İnvestisiya Proqramı”na əsasən Ağa Nemətulla küçəsi əsaslı şəkildə təmir edilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, uzunluğu 1.8 km təşkil edən küçədə aparılan yenidənqurma işləri zamanı köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, mövcud piyada səkiləri bərpa olunur, zəruri yerlərdə yeniləri inşa edilir, üzərinə tamet daşlar döşənir, küçə boyu hər bir tərəfdə yeni səki daşları düzülür, xüsusi parkinq yerləri yaradılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır