İDMAN


Bakının abad məhəllələrində “Böyük Zəfər” məhəllələrarası mini futbol yarışlarına start verilib

Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində şanlı Qələbə qazandı. Böyüməkdə olan gənc nəslə bu şanlı Qələbənin təbliği, doğma Vətənə sevgi və məhəbbət hisslərinin, eyni zamanda, yeniyetmə və gənclərə sağlam həyat tərzinin aşılanması, onların idmanla məşğul olmağa cəlb edilməsi məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinın birgə təşkilatçılığı ilə Bakı şəhərinin bütün rayonlarını əhatə edən 2007-2009-cu il təvəllüdlü yeniyetmələr arasında “Böyük Zəfər” məhəllələrarası mini futbol turnirinə start verilib.