İQTİSADİYYAT


Bakıxanov qəsəbəsində 3,2 kilometrlik küçə əsaslı təmir edilib

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində 2021-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində 3,2 kilometr uzunluğa malik Nazim İsmayılov küçəsi əsaslı şəkildə təmir edilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata əsasən, təmir işləri çərçivəsində Nazim İsmayılov küçəsi boyunca köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Paralel olaraq küçəboyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub.