Zaqatalada çay məcraları təmizlənir, suvarma kanalı çəkilir
13.12.2021 [10:31]
Xəbərin mətni
Zaqatala Suvarma Sistemləri İdarəsi tərəfindən meliorativ tədbirlər çərçivəsində bu il xeyli iş görülüb.AZƏRTAC xəbər verir ki, rayon ərazisində əkin sahələrinin suvarılmasında istifadə olunan torpaq məcralı kanallar da lildən təmizlənib. Ümumilikdə idarə tərəfindən bu il suvarma kanallarında 424,8 min kubmetr lildən təmizləmə işləri aparılıb. Bundan başqa, su itkisinin qarşısının alınması və minimuma endirilməsi məqsədilə kanallara beton üzlük çəkilib ki, bu da suvarma suyunun su istifadəçilərinə itkisiz çatdırılması deməkdir. Belə kanallardan biri də hazırda rayon ərazisindən keçən Qandax kanalıdır. Hazırda kanalın beton üzlüyə alınması işləri davam edir.