CƏMİYYƏT
İnsan orqanizmini C vitamini ilə təmin edən tərəvəz
17.12.2021 [12:39]
Xəbərin mətni
Brokoli hələ qədim Roma imperiyasında insanların qida rasionuna daxil idi. Bu tərəvəzdən müxtəlif yeməklər hazırlanırdı. İtaliyalıların qiymətli tərəvəz kimi istifadə etdiyi brokolli İngiltərə mətbəxinə 18-ci əsrin ortalarından daxil olub. Beləcə, ingilislərin "İtalyan quşqanı" adlandırdığı tərəvəz Avropada da yayılmağa başlayıb.AZƏRTAC-ın əməkdaşları Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu publik hüquqi şəxsin əkin sahələrində becərilən brokoli sahəsində olub.