Azərbaycan Dövlət İnformasiya Agentliyi

Abdulkadir Uraloğlu: Zəngəzur dəhlizinin bütün hissələrinin dörd ildən sonra istifadəyə verilməsi planlaşdırılır

10.11.2026 [16:58]

Xəbərin mətni

Azərbaycan və Türkiyə prezidentlərinin Şuşada verdikləri mesajlar olduqca aydın idi. Onlar bütün dünyaya Türkiyə ilə Azərbaycanın mövqeyini, qardaşlığını və çiyin-çiyinə dayandığını nümayiş etdirdilər. Əslində, dövlət başçılarının çıxışlarından sonra əlavə söz deməyə ehtiyac yoxdur. Bu fikirləri Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Azərbaycan mətbuatına açıqlamasında bildirib.