İQTİSADİYYAT


Fatih Dönməz: İğdır-Naxçıvan təbii qaz boru kəmərinin inşasının tezliklə yekunlaşacağına ümid edirik

İğdır-Naxçıvan təbii qaz boru kəmərinin inşasının tezliklə yekunlaşacağına ümid edirik.AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz dekabrın 22-də Bakıda keçirilən Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunda deyib.“İğdır-Naxçıvan təbii qaz boru kəmərinin inşası ilə bağlı SOCAR və “BOTAŞ” tərəfindən görülən işlərin qısa müddətdə başa çatacağına ümid edirik. Texniki məsələlər başa çatdıqdan sonra tezliklə bu boru kəmərinin istifadəyə verməyi planlaşdırırıq”, - deyə türkiyəli nazir vurğulayıb.