SİYASƏT


Şahmar Mövsümov: Pandemiya hələ də inkişaf etməkdədir

Bildiyiniz kimi, bu yaxınlarda Operativ Qərargahın qərarına uyğun olaraq Azərbaycanda karantin rejimi növbəti il martın 1-dək uzadılıb. Pandemiya hələ də inkişaf etməkdədir.AZƏRTAC xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın dekabrın 28-də təşkil etdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.