Azərbaycan Dövlət İnformasiya Agentliyi

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür

07.10.2026 [22:04]

Xəbərin mətni

Mən idmanla yaxından maraqlanıram. Cüdoda xüsusilə idmançıların bir-birinə olan hörmətini çox bəyənirəm. Dürüst olsam, cüdonun bütün qaydalarını dəqiqliklə bilmirəm, lakin bu idman növünün böyük azarkeşiyəm. Bakıda olmaqdan şadam. Dünən möhtəşəm döyüşlərin şahidi olduq, bu gün də maraqlı finalların keçiriləcəyinə ümid edirəm. AZƏRTAC xəbər verir ki, bu sözləri Bakının ev sahibliyi etdiyi cüdo üzrə dünya çempionatı ilə bağlı ölkəmizdə səfərdə olan Almaniya millisinin sabiq futbolçusu Lotar Matteus jurnalistlərə açıqlaması zamanı deyib.