Naxçıvan Qarnizonu Qoşunlarında kursları bitirən gənclərə seritifikatlar təqdim edilib
30.12.2021 [18:14]
Xəbərin mətni
Naxçıvan Qarnizonu Qoşunlarında gizir, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu və qadın hərbi qulluqçu kurslarını bitirən gənclərə seritifikatlar təqdim edilib, ixtisas hazırlığı kursları başa çatan gənc əsgərlər növbəti xidmət yerlərinə yola salınıblar. Bu münasibətlə keçirilən buraxılış mərasimlərində əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib və Dövlət Himnimiz səsləndirilib.