İQTİSADİYYAT


Baş Mil-Muğan Kollektoru vasitəsilə Xəzər dənizinə ötən il 1555 min kubmetr minerallaşmış sel və qrunt suları axıdılıb

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsi tərəfindən kollektorlarla Xəzər dənizinə ötən il 1555 min kubmetr minerallaşmış sel və qrunt suları axıdılıb. Axıdılan duzun miqdarı isə 7817 ton olub. İdarənin balansında olan nasoslarla 4171 min kubmetr su vurulub.