İQTİSADİYYAT


Prezident İlham Əliyev: Biz valyuta ehtiyatlarının azalmasına imkan verməməliyik

Bizim valyuta ehtiyatlarımız artıb, baxmayaraq ki, keçən il böyük xərclərimiz olub. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələrində və ölkəmizin digər yerlərində investisiya proqramı tam icra edilmişdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına verdiyi müsahibə zamanı bildirib.