İQTİSADİYYAT


Prezident İlham Əliyev: Xarici investorlar yaxşı bilirlər ki, bizim sözümüz imzamız qədər dəyərlidir

Son illər Azərbaycanda, o cümlədən energetika sahəsində aparılan islahatlar, gözəl investisiya iqlimi, ölkəmizin uğurlu inkişafı, ölkəmizdə mövcud olan sabitlik, əmin-amanlıq, təhlükəsizlik - bütün bu amillər təbii ki, hər bir investor üçün önəmli rol oynayır. Azərbaycanda xarici investisiyaların qorunması da ən yüksək səviyyədədir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməlqoyma mərasimindəki çıxışında layihənin investoru Akvopao şirkəti haqqında danışarkən söyləyib.