İQTİSADİYYAT


Yaponiyada keçirilən “Cosme Week Tokyo” beynəlxalq sərgisində Azərbaycanı “AzRose” şirkəti təmsil edir

Yanvarın 12-də Yaponiya paytaxtının möhtəşəm “Big Sight” sərgi salonunda açılan “Cosme Week Tokyo” beynəlxalq kosmetika məhsulları sərgisində Azərbaycanı Zaqatala rayonunun “AzRose” şirkəti təmsil edir. Tokioda təşkil edilən növbəti sərgidə dünyanın müxtəlif ölkələrindən yüzlərlə şirkət iştirak edir. Koronavirus pandemiyasına baxmayaraq, builki sərgiyə on minlərlə ziyarətçinin gələcəyi gözlənilir.