İQTİSADİYYAT


Paytaxtda parklanma ilə bağlı pilot layihəyə başlanılır

Bakı Nəqliyyat Agentliyi paytaxt küçələrində parklanmanın idarə edilməsi məqsədilə pilot layihənin icrasına başlayıb.Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, ilkin olaraq, layihənin əhatə etdiyi Bəsti Bağırova, Məhəmməd Naxçıvani küçəsi və onlarla kəsişən küçələrdə yenidənqurma işləri həyata keçirilir. Parklanma yerlərinin təşkili məqsədilə layihələndirilən ərazidə, həm də müasir şəhərsalma qaydalarına uyğun olaraq piyadayönümlülüyün artırılması prinsipləri əsas götürülüb.