İQTİSADİYYAT


Ötən il KOBİM-in xidmətlərindən 23 min KOB subyekti faydalanıb

Sahibkarların biznes sahəsində bilik və bacarıqlara çıxışının təmin edilməsi məqsədilə 2021-ci ildə 17 KOB İnkişaf Mərkəzi (KOBİM) fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov yanvarın 24-də ötən ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.