İQTİSADİYYAT


Qarabağda biznes qurmaq istəyən sahibkarlardan KOBİA-ya 945 müraciət daxil olub

44 günlük Vətən müharibəsindən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə biznesin qurulmasına maraq göstərən yerli və xarici sahibkarlıq subyektlərinin müraciətlərinin qəbuluna başlanılıb və proses hazırda da davam etdirilir. İşğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan KOBİA-ya indiyədək 945 müraciət daxil olub.
AZƏRTAC xəbər verir ki, bu barədə agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov yanvarın 24-də ötən ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.