İQTİSADİYYAT


İndiyədək 360-dan çox gənc KOBİA-da könüllü fəaliyyətinə cəlb olunub

Ötən il 150-yə yaxın, indiyədək isə 360-dan çox gənc KOBİA-da könüllü fəaliyyətinə cəlb olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov yanvarın 24-də ötən ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, ötən il “KOB könüllüsü” olmuş 2 gənc, ümumilikdə isə 11 könüllü gənc agentlikdə işlə təmin edilib.