İQTİSADİYYAT


Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Gömrük Sərnişin Məlumat Mərkəzi istifadəyə verilib

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Gömrük Sərnişin Məlumat Mərkəzi istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, Gömrük Sərnişin Məlumat Mərkəzi Dövlət Gömrük Komitəsi və Böyük Britaniya Sərhəd Xidməti arasında birgə həyata keçirilən “Hunter” layihəsi çərçivəsində və Birləşmiş Millətlər Təşkilatının “Terrorçuların səyahətləri ilə mübarizə Proqramı”nın dəstəyi əsasında təsis edilib.