SİYASƏT


Komando hərbi hissəsində təlim-məşqləri keçirilib

Döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissəsində təlim-məşqləri keçirilib.
Komandolar maneələr zolağından keçid açma, eləcə də sərt iqlim şəraitində, kəskin relyefli ərazilərdə  müxtəlif yerdəyişmə üsullarını məşq ediblər.
Təlimdə yaşayış məntəqələrində müqavimət göstərən şərti düşmən qüvvələrinin zərərsizləşdirilməsi üzrə taktiki fəaliyyətlər icra olunub.