İQTİSADİYYAT


“Yaxşı məhsul götürmək istəyirsənsə, bağlara qulluq etməlisən” – Hacıqabulun nar bağlarından reportaj

Hacıqabulun Udullu kəndi nəinki Azərbaycanda, xaricdə də adı və dadı ilə məşhur olan narı ilə tanınır. Ötən əsrin ortalarında Udulluda salınan nar bağlarına ilk ting Göyçaydan gətirilib. Nar bağları qısa müddətdə genişlənib və Udullu sakinlərinin əsas məşğuliyyətinə çevrilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Udullu kəndi qədim yaşayış məskənlərimizdən biridir. Bir vaxtlar Şamaxı rayonu ərazisinə aid edilsə də, sonralar kənd Hacıqabul rayonuna tabe olub. Əvvəllər bu kəndin əsas məşğuliyyəti heyvandarlıq olsa da, indi nar bağlarının sahəsi genişlənib və sakinlər nar yetişdirməyə daha çox üstünlük verirlər.