İDMAN


“Pekin-2022” Qış Olimpiya Oyunlarının “Olimpiya kəndi” istifadəyə verilib

“Pekin-2022” Qış Olimpiya Oyunlarının başlamasına səkkiz gün qalmış “Olimpiya kəndi” rəsmi olaraq istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, Qış Olimpiya Oyunları üçün üç fərqli məkanda yaradılmış “Olimpiya kəndi”nin ilk sakinləri 20 ölkənin nümayəndə heyətlərinin ümumilikdə 360 üzvü olub.
Qış Olimpiadası üçün üç fərqli “Olimpiya kəndi” fəaliyyət göstərir. Bunların biri açılış və bağlanış mərasimlərinin keçiriləcəyi “Quş yuvası” stadionunun yerləşdiyi Olimpiya parkında, digəri Pekinin kənarındakı Yançin rayonunda, sonuncusu isə açıq məkan yarışlarının təşkil olunacağı Canciakou şəhərindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır