SİYASƏT


Azərbaycan Ordusunda yeni tədris dövrünün məşğələləri keçirilir

Cari ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun mexanikləşdirilmiş və tank bölmələri ilə yeni tədris dövrünün məşğələləri keçirilir.
Ümumqoşun təlim mərkəzlərində keçirilən dərslərdə bölmələr “Həyəcan” siqnalı ilə qaldırılaraq cəmləşmə rayonlarını tutublar.
Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla, müasir idarəetmə üsullarının tətbiq edilməsi ilə keçirilən dərslərdə bölmələr digər qoşun növləri ilə qarşılıqlı əlaqədə yerdəyişmə tapşırıqlarını icra edir.