İQTİSADİYYAT


Kadri Simson: Azərbaycan qazının Balkan ölkələrinə qədər çatdırılmasını istəyirik

Bu mənim Bakıya ilk səfərimdir. Əməkdaşlığımızın genişləndirilməsi üçün gözəl bir şans əldə etdik. Azərbaycan energetika sahəsində uğurlu tərəfdaşdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində təşkil olunan mətbuat konfransında Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simson söyləyib.