İsmayıllıda suvarma mövsümünə hazırlıq görülür
10.02.2022 [15:03]
İsmayıllı rayonunda suvarma mövsümünə hazırlıq işləri sürətlə davam edir. Bu məqsədlə İsmayıllı Suvarma Sistemləri İdarəsi tərəfindən ötən il olduğu kimi, bu il də meliorativ tədbirlər gücləndirilib.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, idarənin balansında olan texnikalar vasitəsilə kanallar lildən təmizlənir, suvarma suyunun maneəsiz axını təmin edilir. Ötən il balansda olan Aşıqbayramlı su anbarı əsaslı təmir olunaraq yenidən istifadəyə verilib. Bundan başqa, 34 ədəd subartezian quyusu cari təmir, Talıstan kəndində isə 1 ədəd subartezian quyusu əsaslı təmir olunub. 38 ədəd hidrotexniki qurğu, 11 ədəd hidrometrik postlar və 2 kilometr kanal cari təmir olunub.