İQTİSADİYYAT


Fermerlərin innovativ kənd təsərrüfatı texnikalarına marağı artır

Hacıqabulda Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə "İnnovativ texnikalar Fermerin yanında" layihəsi çərçivəsində tarla müşavirəsi keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müşavirədə kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Kənd Təsərrüfatı Nazirliyi Aparatının və tabeli qurumlarının nümayəndələri, kənd təsərrüfatı texnikalarının təchizatçıları, eləcə də taxıl, pambıq, tütün, çəltik və digər kənd təsərrüfatı məhsullarını istehsal edən şirkətlərin nümayəndələri və fermerlər iştirak ediblər.