SİYASƏT


Ukrayna Azərbaycanlıları Radasının II Qurultayı keçirilib

Fevralın 12-də Ukraynanın paytaxtı Kiyevdə Ukrayna Azərbaycanlıları Radasının (UAR) növbəti - II Hesabat-seçki Qurultayı keçirilib.
AZƏRTAC xəbər verir ki, qurultayda Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) nümayəndələri, Ukraynanın müxtəlif regionlarından gəlmiş 200 nəfərə yaxın təmsilçi, Ukraynanın dövlət rəsmiləri, deputatlar, jurnalistlər və digər qonaqlar iştirak ediblər.
Tədbirdən əvvəl Qurultay nümayəndələri ulu öndər Heydər Əliyevin Kiyevdəki abidəsini ziyarət edib, qarşısına tər çiçəklər düzüblər. Sonra Azərbaycan və Ukraynanın dövlət himnlərinin səsləndirilməsi ilə işinə başlayan Qurultayda Azərbaycan torpaqlarının azadlığı uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.