İQTİSADİYYAT


“Ağıllı kənd” layihələrinin icrası və “ağıllı kənd təsərrüfatı” konsepsiyasının reallaşdırılması aqroekoturizmin inkişafına əlavə təkan verəcək

Ölkədə məşğulluğun strukturunda aqrar sektorun yüksək paya malik olması, əlverişli, füsunkar təbii şərait və müasir tələblərə cavab verən infrastrukturun mövcudluğu Azərbaycanda aqroturizmin inkişafı üçün geniş potensial imkanların olmasına dəlalət edir. Digər tərəfdən, turizm ənənələrinə malik olan Qarabağ torpağına Böyük Qayıdış planı çərçivəsində “ağıllı kənd” layihələrinin icrası və “ağıllı kənd təsərrüfatı” konsepsiyasının reallaşdırılması yaxın gələcəkdə bu sektorun inkişafına əlavə təkan verəcək.
AZƏRTAC xəbər verir ki, bu fikirləri fevralın 17-də Bakıda keçirilən “Azərbaycanda kənd yerlərinin inkişafı və Milli Aqroturizm sisteminin yaradılması”na dair seminarda çıxış edən İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov söyləyib.