CƏMİYYƏT


“Mənim atam qəhrəmandır” layihəsinin iştirakçıları Şahdağ Turizm Mərkəzində

Vətən müharibəsində şəhid olmuş qəhrəmanların övladları üçün reallaşdırılan “Mənim atam qəhrəmandır” layihəsi çərçivəsində növbəti tədbir Qusardakı Şahdağ Turizm Mərkəzində təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi və “Fire Land Production”ın təşkilatçılığı ilə həyata keçirilən belə tədbirlərin məqsədi torpaqlarımız uğrunda canından keçən qəhrəmanlarımızı bir daha anmaq, onların övladlarına xalqımızın diqqət mərkəzində olduqlarını daim hiss etdirmək, şəhid balalarının səmərəli istirahətini təşkil etməkdir.