CƏMİYYƏT


Xarici media nümayəndələri Şuşaya səfər ediblər

Bir qrup xarici jurnalistin Ermənistanın işğalından azad olunmuş Şuşa şəhərinə səfəri təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xarici media nümayəndələri əvvəlcə qala divarlarını ziyarət ediblər. Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşları tərəfindən onlara Şuşa şəhərinin tarixi, qala divarlarının tikilməsi barədə məlumat verilib. Bildirilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.