Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tovuzda 300-dən çox şəhidin fotosunun yer aldığı abidə ucaldılıb

26.02.2022 [14:31]

Xəbərin mətni

Tovuzun Şəhidlər xiyabanında quraşdırılan abidə üzərində 300-dən çox şəhidin adı və fotosu həkk edilib. Xiyabanı ziyarət edənlər bu abidə önündə ayaq saxlayır, qəhrəmanlarımızın fotolarına baxır, onların ruhuna dualar oxuyurlar.
AZƏRTAC xəbər verir ki, abidə üzərindəki fotolar qəhrəmanlarımızın şəhadətə ucalma tarixinin ardıcıllığı ilə vurulub. Birinci və İkinci Qarabağ müharibələri şəhidləri, eləcə də mülki şəhidlər haqqında məlumatlar burada əks olunub.