Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Ukraynaya humanitar tibbi yardım göndərib

27.02.2022 [12:26]

Xəbərin mətni

Azərbayan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Ukraynaya humanitar yardım məqsədilə təcili və təxirəsalınmaz hallarda tibbi yardımın göstərilməsi üçün dərman preparatları və tibbi avadanlıqlar göndərilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən AZƏRTAC-a bildiriblər ki, tibbi vasitələrin yükləndiyi təyyarə fevralın 27-də yola düşüb.