İsmayıllıda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralananlar var
27.02.2022 [17:33]
Xəbərin mətni
İsmayıllı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə ötən gecə İsmayıllı-Qaraməryəm yolunda olub. Belə ki, hərəkətdə olan 90SZ872 nömrəli "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək yoldan çıxıb və səkiyə çırpılıb. Hadisə zamanı avtomobildə olanlardan 3 nəfəri sıxılı vəziyyətdə qalıb. Hadisə yerinə gələn FHN Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları sıxılı vəziyyətdə qalan vətəndaşları avtomobildən çıxarıblar.