CƏMİYYƏT


Bakıda “Qadın hüquqları yeni ictimai-siyasi reallıqlar kontekstində” mövzusunda konfrans işə başlayıb

Martın 4-də Bakıda “Qadın hüquqları yeni ictimai-siyasi reallıqlar kontekstində” mövzusunda konfrans keçirilir.
AZƏRTAC xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunan tədbirdə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin Siyasi partiyalarla iş sektorunun müdiri Səbinə Salmanova, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və digərləri iştirak edirlər.