Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vətən müharibəsi şəhidi Elgün Paşayevin xatirəsi anılıb

05.03.2022 [11:55]

Xəbərin mətni

Vətən müharibəsi şəhidi Paşayev Elgün İlham oğlunun doğum günündə xatirəsi anılıb. Şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin xatirəsinin anıldığı mərasimdə ailəsi ilə bərabər Füzuli rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, döyüş yoldaşları, məktəblilər, qazilər və qəsəbə sakinləri iştirak ediblər.

BÖLMƏNİN DİGƏR VİDEOLARI