İDMAN


Bakıda V Dünya Etnoidman Forumunun açılış mərasimi keçirilib

Martın 5-də Bakıda “Ənənəvi idman növlərinin dirçəlişi” devizi altında V Beynəlxalq Etnoidman Forumunun açılış mərasimi keçirilib.AZƏRTAC xəbər verir ki, foruma Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan, BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Maimuna Mohd Şərif, Türk Dövlətləri Təşkilatları təşkilatının sədri Bağdad Amreyev, tərəfdaş qurumların rəhbər şəxsləri, dövlət və hökumət rəsmiləri, diplomatlar olmaqla 14 ölkədən ümumilikdə 140 nümayəndə qatılıb.