Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Ordusunda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə silsilə tədbirlər keçirilib

07.03.2022 [18:49]

Xəbərin mətni

Azərbaycan Ordusunda xidmət edən qadın hərbi qulluqçuların, mülki işçilərin və şəhid ailələrinin iştirakı ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan silsilə bayram tədbirləri keçirilib.
Tədbirlərdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Dövlət himni səsləndirilib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI