Saatlıda taxıl sahələrinə gübrə verilib
10.03.2022 [11:11]
Xəbərin mətni
Saatlıda taxıl sahələrinə gübrə səpilir. Fermerlər yüksək məhsul əldə etmək üçün yemləmə gübrəsi olaraq azot gübrəsi və karbamiddən istifadə edirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Saatlıda yaz-tarla işlərinə start verilib. Fermerlər indidən səfərbər olublar və əsas məqsəd yüksək məhsul əldə etməkdir. Bunun üçün sahələrdə aqrotexniki qaydalara əməl etməklə mühüm işlər görülür.