“FOODEX JAPAN 2022” sərgisində Azərbaycan məhsulları təqdim edilib
12.03.2022 [12:17]
Xəbərin mətni
Martın 8-dən 11-dək Tokionun “Makuhari Messe” sərgi mərkəzində “FOODEX JAPAN 2022” 47-ci beynəlxalq qida və içki məhsulları sərgisi keçirilib.
AZƏRTAC xəbər verir ki, Asiya regionunun ən nəhəng sərgilərindən biri olan tədbirdə Azərbaycanı “ASKAZERBAIJAN” şirkəti təmsil edib.