İQTİSADİYYAT


Siyəzəndə torpaq kanallar lil və kol-kosdan təmizlənir, hidrotexniki qurğularda təmir işləri görülür

Torpaq mülkiyyətçiləri və fermerləri vaxtında və itkisiz suvarma suyu ilə təmin etmək məqsədi ilə Siyəzən rayon Suvarma Sistemləri İdarəsi tərəfindən yeni mövsümə hazırlıq işləri davam etdirilir. Bu məqsədlə idarənin əməkdaşları tərəfindən torpaq kanallar lil və kol-kosdan təmizlənir, hidrotexniki qurğularda və qapalı kanallarda cari təmir işləri görülür.