CƏMİYYƏT


Şimal bölgəsində hava durumu: 20 santimetr qar, mənfi 10 dərəcə temperatur

Martın 11-i axşam saatlarından şimal bölgəsində qar yağmağa başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qar əsasən Xızı, Quba və Qusar rayonlarına yağıb. Qubanın rayon mərkəzində qarın hündürlüyü 1 sm, Xaltan kəndində 19 sm, Qrızda isə 10 sm-ə çatıb. Qrızda temperatur mənfi 10 dərəcəyə enib.