Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sumqayıtda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb

14.03.2022 [11:17]

Xəbərin mətni

Sumqayıt şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb. Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölıməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı əvvəllər məhkum olunmuş şəhər sakini İbrahim Əhmədov tutularaq istintaqa təqdim edilib. Onun üzərinə baxış zamanı 1 kiloqrama yaxın heroin və elektron tərəzi aşkar edilib. Araşdırma nəticəsində müəyyən edilib ki, İbrahim Əhmədov Sumqayıt şəhərində narkotik vasitələrin satışı ilə məşğul olub.