Qubanın dağlıq kəndlərinə gedən yollar qardan təmizlənib
14.03.2022 [16:52]
Xəbərin mətni
Güclü qar yağması səbəbindən Quba rayonunun ucqar kəndlərinə gedən yollarda avtomobillərin hərəkəti çətinləşsə də, hazırda bütün istiqamətlərdə magistrallar açıqdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, daha təhlükəli sayılan Quba-Xınalıq yoluna Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli idarəsinin növbətçi briqadaları nəzarət edir.