Qərb bölgəsi Torpaq çərşənbəsində ağ örpəyə büründü
15.03.2022 [14:09]
Xəbərin mətni
Son günlər qərb bölgəsində də hava şəraiti qeyri-sabit, yağıntılı keçir. Torpaq çərşənbəsində Ağstafa və ətraf rayonlara gecədən qar yağır.
AZƏRTAC xəbər verir ki, İlaxır çərşənbədə ağ örpəyə bürünən rayon ərazisindəki avtomobil yollarında çətinlik yaranmayıb. Qarın hündürlüyü 10-15, bəzi yerlərdə 20 santimetrə çatır.