CƏMİYYƏT


"Mənəvi intibah" sənədli filmi təqdim olunub

Martın 15-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) birgə təşkilatçılığı ilə "Mənəvi intibah" filminin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri açan Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov "Mənəvi intibah" sənədli filmi haqqında məlumat verib.